Mövsümdə ilk dəfə
24.02.2013 - 10:13
Topaz Premyer Liqasının XXI turunun “İnter”i 2:0 hesabı ilə məğlub etməklə turnir cədvəlinin 1-ci pilləsinə yüksələn “Neftçi” mövsümdə ilk dəfə liderliyi ələ alıb. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri çempion olduqları ötən mövsüm başa çatandan sonra zirvəyə həsrət idi. Bakılılar bəzə az oyun keçirdiyindən, bəzən isə rəqiblərinin yaxşı nəticələri üzündən liderlikdən uzaq qalırdı.
Qeyd edək ki, cari mövsüm tur başa çatandan sonrakı vəziyyətdə “İnter”, “Simurq”, “Qarabağ”, “Turan” və AZAL lider ola bilmişdi. “Neftçi”yə qədər ardıcıl 4 tur idi “İnter” zirvədə qərarlaşmışdı.
Qeyd edək ki, cari mövsüm tur başa çatandan sonrakı vəziyyətdə “İnter”, “Simurq”, “Qarabağ”, “Turan” və AZAL lider ola bilmişdi. “Neftçi”yə qədər ardıcıl 4 tur idi “İnter” zirvədə qərarlaşmışdı.
0
0