“Məbləğ qarşı tərəfin istədiyindən az, mənim nəzərdə tutduğumdan isə çoxdur” - MÜSAHİBƏ
24.02.2013 - 13:12
“Bakcell”in baş icraçı direktoru Riçard Şirerin apasport.az saytına müsahibəsi
- 8-ci km stadionu artıq “Bakcell Arena” adlanır. Amma beynəlxalq rəsmi oyunlar zamanı stadion əvvəlki adı ilə adlanacaq. Yəni hansısa klubumuz və ya milli burada oynayan zaman stadion 8-ci km adlanacaq. Çünki FİFA reklam xarakterli adların yayımlanmasına imkan vermir. Bundan xəbəriniz varmı?
- Bəli, bundan xəbərimiz var. Bilirik ki, FİFA və UEFA heç bir brend adın yayımlanmasına imkan vermir. Bununla belə, biz öz dəstəyimizi əsirgəmirik. Brend kimi fəaliyyətimizi davam etdirəcəyik.
- AFFA rəsmiləri müqavilənin maliyyə tərəfi ilə bağlı konkret açıqlama vermədi. Bunu qarşı tərəfdən öyrənməyi məsləhət gördülər. Bəs siz necə, bu haqda ictimaiyyətə hansı açıqlama verə bilərsiniz?
- Müqavilədə məbləğin açıqlanmaması ilə bağlı bənd var. Onu deyə bilərəm ki, bu məbləğ qarşı tərəfin istədiyindən az, mənim nəzərdə tutduğumdan isə çoxdur. Bu anlaşma uzunmüddətlidir. Biz futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlıq edəcəyik.
- Təmsil etdiyiniz şirkət yaxın gələcəkdə Topaz Premyer Liqasında çıxış edən hansısa klubun baş sponsoru ola bilərmi?
- Suala konkret cavab verə bilmərəm. Əvvəl çalışdığım şirkət İngiltərədə klublardan birinə sponsorluq edib. Bu elə də faydalı alınmadı. Təcrübə göstərir ki, assosasiya ilə əməkdaşlıq zamanı bütün futbol sferasını əhatə edirsən.
- AFFA-nın partnyorlarından biri də “Azercell”dir. Onların əsas rəqiblərinizdən biri olduğunu nəzərə alsaq, gələcəkdə hansısa problemlər qarşılaşmayacaqsınız?
- Hər iki şirkət arasında hər zaman sağlam rəqabət olub. “Bakcell”in futboldakı maraq dairəsi fərqlidir. Biz futbolumuzun inkişafına daha çox diqqət yetirəcəyik. “Azercell” isə birbaşa yığmanın sponsorudur. Önəmlisi mobil komunikasiyanın futbolumuza maliyyə yatırmasıdır.
- Milli çempionatımızla nə dərəcədə maraqlanmısınız və hansı komandaya azarkeşlik edirsiniz?
- Bu gün ilk dəfə olaraq “Neftçi” – “İnter” oyununu izləyəcəm. Konkret heç bir komandamıza azarkeşlik etməmişəm. Bu gündən sonra olacaq.
- Həm də “Mançester Yunayted”in tərəfdaşısınız. Gələcəkdə azərbaycanlı idman jurnalistlərin bu komandanın ev oyununu izləməsinə şərait yaratmaq haqda düşünürsünüzmü?
- Biz indiyə qədər müştərilərimizi, tərəfdaşlarımızı həmin komandanın oyununa aparmışıq. Gələcək mövsümdə necə olacağını bilmirəm. Ancaq bu mümkündür.

0
0