Azərbaycan klubuna təklif olunan futbolçunu cərimə gözləyir
24.02.2013 - 15:37
Afrika Millətlər Kubokunun finalçısı Burkina-Faso yığmasının futbolçusu İsuf Uattaranın Azərbaycana transferi yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, klublarımıza hələ bu ayın əvvəlində təklif olunan 25 yaşlı hücumçu çıxış etdiyi Bolqarıstan “Çernomorets”inə qayıtmaq istəmir.
Buna səbəb onu gözləyən cərimədir. Yığmanın düşərgəsində həddən artıq yubanan Uattara Bolqarıstana qayıtsa klubu onu cəzalandıracaq. Bu üzdən də hücumçu Azərbaycan və Rusiyadan olan təklifləri götür-qoy etməkdə maraqlıdır. Ölkəmizdə “transfer pəncərəsi” bitdiyi üçün yay qədər gözləməsi inandırıcı görünməyən futbolçu böyük ehtimalla şimala üz tutacaq.
Qeyd edək ki, 2012-ci ilin yayından “Çernomorets”də çıxış edən Uattara Fransanın “Nim” klubundan transfer olunmuşdu.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0