Almaniya Kubokunda ilk yarımfinalçılar müəyyənləşdi
27.02.2013 - 03:17
Almaniya Kubokunda ilk yarımfinalçılar müəyyənləşdi
Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Mayns”la üz-üzə gələn “Frayburq” çətin qələbə qazanıb – 2:3.

Aşağı liqa təmsilçisi “Kikkers Offenbak”ın qonağı olan “Volfsburq”da inamlı qələbəyə sevinib – 1:2.

Qeyd edək ki, bu gün “Ştuttqart” “Bohum”u, “Bavariya” isə Dortmund “Borussiya”sını sınağa çəkəcək.


Almaniya Kuboku

1/4 final mərhələsi

26 fevral

“Mayns” - “Frayburq” - 2:3
Parker, 3, Zimlinq, 4 - Santini, 86, Kaliqiyri, 90-pen; 108

“Kikkers Offenbak” - “Volfsburq” - 1:2
Stadel, 81 – Oliç, 49, Dost, 71

27 fevral

“Ştuttqart” - “Bohum”
“Bavariya” - “Borussiya” (Dortmund)