Vəli Qasımov: Avropadan çox geridəyik – MÜSAHİBƏ
28.02.2013 - 16:43
Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımovun apasport.az saytına müsahibəsi
- Milli komandadan kənarlaşdırıldıqdan sonra nə işlə məşğulsunuz?
- Hələlik işləmirəm, oturmuşam evdə. Bəzi variantlar var, amma konkret deyil.
- Həmin təkliflərin reallaşmaq ehtimalı varmı?
- Reallaşa bilər.
- Premyer Liqanı izləyirsiniz?
- Əlbəttə, baxıram. Son turda “Neftçi”nin birinci pilləyə yüksəlməsi maraqlı oldu.
- İzlədiyiniz oyunlardan hansını fərqləndirmək istərdiniz?
- “Neftçi” – “İnter” qarşılaşmasını. “İnter” uzun müddət idi turnir cədvəlinə başçılıq edirdi. “Neftçi” onları məğlub edib birinci pilləyə yüksəldi.
- Bəs sürət baxımından necə, Avropa ölkələrinin çempionatlarına yaxınlaşa bilirikmi?
- Oyunlar elə də sürətli keçmir. Bu səbəbdən hələ Avropadan çox geridəyik. Ancaq kənardan oyunlar maraqlı görünür. “Neftçi” artıq top saxlayır, topla çox oynayır. Bunun özü müsbət məqamlardan biridir.
- Son vaxtlar müzakirə olunan mövzulardan biri də yerli hücumçuların məhsuldar olmamağıdır. Sizcə, bizim hücumçular qol vura bilmir, yoxsa onlara şans verilmir?
- Klubların heyətlərinə diqqət yetirsək, yerli hücumçuların çox az olduğunu görürük. Olanlara da şans verilmir. Həm də bu gün legionerlər yerlilərdən güclüdür.
- Topaz Premyer Liqasında çıxış edən hücumçulardan kimlərin adını qeyd edə bilərsiniz?
- Nikolas Kanales. XXI tur ərzində 20 qol vurub. Yaxşı futbolçudur. Bununla onun hansısa bir əlahiddə üstünlüyü sahib olduğunu demək istəmirəm. Amma oyunu ilə digərlərindən fərqlənir.
- Bəs yerli futbolçulardan?
- Yerlilərdən heç kimi qeyd edə bilmərəm. Rauf Əliyev yığmada yaxşı oynayır, amma klubda özünü göstərə bilmir.
- Bunun səbəbi nədir?
- Klubla millinin oyun sistemi fərqlidir. Hər bir baş məşqçinin fərqli tələbləri var. Bu da futbolçunun oyununa pis və ya yaxşı mənada təsir göstərir.
- Premyer Liqada cari mövsümün əsas mərhələsi başa çatmaq üzrədir. Necə düşünürsünüz, ilk “altılığ”a sonuncu vəsiqəni kim qazanacaq?
- “Bakı”nın vəziyyəti “Xəzər Lənkəran” və AZAL-a nisbətən daha yaxşıdır. Məncə, “Bakı” ilk “altılığ”a vəsiqə qazanacaq. “Xəzər Lənkəran” da yaxşı komandadır. İstərdim “altılığ”a onlar da düşsünlər. Ancaq özlərini çətin vəziyyətə salıblar.
- Çempionatda nə üçün bu cür oyunlarda ikinci “altılıq” komandalarının gücünə heç kim inanmır?
- Həmin komandaların “Neftçi”ni udacaqlarına inanmıram. Amma digər iddialıları büdrədə bilərlər. Yəni sonuncu pillədə yer alan klub da yaxşı oyun nümayiş etdirə bilər.
- Bəs çempionluq yolunda hansı komandanın şanslarını yüksək qiymətləndirirsiniz?
- İndiki məqamda “Neftçi”ni digərlərindən üstün hesab edirəm. Hələ ki, çempionluğa layiqli onlardır. Final mərhələsində nələr olacağını zaman göstərəcək.
- “Neftçi”ni digərlərindən fərqləndirən cəhətlər hansılardır?
- Komanda şəklində yaxşı oynayırlar. Güclü futbolçulardan qurulublar. Oyun müddətində topa 70-80 faiz onlar nəzarət edirlər.

0
0