Huntelaar yenidən zədələndi
09.03.2013 - 21:49
Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Şalke”də şok yaşanıb. Apasport.az saytının məlumatına görə, komandanın hücumçusu Klaas-Yan Huntelaar zədələnərək sıradan çıxıb.
Belə ki, hollandiyalı futbolçu Almaniya Bundesliqasının 25-ci turunda Dortmund “Borussiya”sı ilə matçın 54-cü dəqiqəsində ayağından zədələnərək yerə yıxılıb. Daha sonra həkimlər Huntelaarı meydandan xərəklə çıxarıblar və forvard digər futbolçu ilə əvəzlənib. Lakin onun zədəsinin ciddi olub-olmadığı ilə bağlı hələ ki, dəqiq məlumat verilməyib.
Qeyd edək ki, “Şalke” evində “Qalatasaray”la martın 12-də üz-üzə gələcək.

0
0