Messidən uşaqlara yardım
09.03.2013 - 22:14
Messidən uşaqlara yardım
“Barselona”nın ulduz futbolçusu Lionel Messi vətəni Argentinadakı bir uşaq xəstəxanasına yardım edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı oyunçu doğulduğu Rosario şəhərinin xəstəxanasına 780 min dollar bağışlayıb.

Bu xəbəri sözügedən şəhərin bələdiyyə nümayəndəsi təsdiqləyib. Həmin pullar xəstəxananın onkoloji klinikasında istifadə ediləcək.

Qeyd edək ki, Messi daha öncə 1.2 milyon əhalisi olan Rosario şəhərdəki bir idman mərkəzinin təmiri üçün 195 min dollar məbləğində yardım etmişdi.