Superliqada xallar yarı bölündü
09.03.2013 - 23:44
Türkiyə Superliqasında 25-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə üç qarşılaşma baş tutub.
“İstanbul BB” doğma publika önündə “Kayserispor”la üz-üzə gəlib. Görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb - 0:0.
“Qaziantepspor” - “Akhisar BS” matçında da komandalar xalları yarı bölüb. Lakin bu oyunda azarkeşlər 4 qola şahidlik edib. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.
Turun mərkəzi oyunu isə Trabzonda reallaşıb. Burada qeyri sabit oyun nümayiş etdirən “Trabzonspor” çempionluğa iddialı “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada da digər oyunlar kimi qalib müəyyənləşməyib - 0:0.
Beləliklə, “Beşiktaş” ötən gün məğlub olub xal itirən lider “Qalatasaray”la xal fərqini aradan qaldıra bilməyib. “Cim-Bom” 47 xalla çempionata başçılıq edir. 2-ci olan “qara qartallar”ın isə aktivində 43 xal var.
Qeyd edək ki, Türkiyə Superliqasında 25-ci turun oyunlarına martın 11-də yekun vurulacaq.
Türkiyə Super Liqası
25-ci tur
8 mart
“Qalatasaray” – “Gənclərbirliyi” - 0:1
Fleminks, 60
9 mart
“İstanbul BB” – “Kayserispor” - 0:0
“Qaziantepspor” – “Akhisar BS” - 2:2
Traore, 79, Fiqyeredo, 81 – Gekas, 10, Menzenqa, 52
“Trabzonspor” – “Beşiktaş” - 0:0
10 mart
“Karabükspor” – “Əskişəhirspor”
“Sivasspor” – “Antalyaspor”
“Elazığspor” – “Orduspor”
“Fənərbaxça” – “Bursaspor”
11 mart
“Mersin İdmanyurdu” – “Kasımpaşa”

0
0