“Qalatasaray”a lazım olmayan hücumçu het-trik etdi
10.03.2013 - 00:03
Qış transfer dövrəsində “Qalatasaray”la müqaviləsinin müddətini qarşılıqlı razılıq əsasında ləğv edib, vətənində “Banik”lə müqavilə imzalayan Milan Baroş yeni komandasında het-trik edib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Çexiya çempionatının 19-cu turunda “Hradeç Kralove” ilə qarşılaşmada 3 qol vuraraq komandasına vacib 3 xal qazandırıb.
Yeni klubunda ilk dəfə ilk “11-lik”də meydana çıxan Baroş 5, 33 və 54-cü dəqiqələrdə qonaqları mərkəzdən başlamağa məcbur edib.
Qeyd edək ki, 32 yaşlı hücumçunun vurduğu qollardan sonra “Banik” xalını 22-yə çıxararaq 9-cu sıraya yüksəlib.

0
0