Xabi Alonso yenidən “Liverpul”a qayıda bilər
10.03.2013 - 00:46
“Liverpul” sabiq futbolçusunu yenidən heyətinə qatmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, ingilis klubu “Real”la 2014-cü ilin iyun ayında müqaviləsi başa çatacaq Xabi Alonsoya yeni təklif göndərmək istəyir.
Təcrübəli yarımmüdafiəçi Madrid təmsilçisi ilə hələ müqaviləsinin müddətini uzatmayıb. Bu da “Liverpul”un işini yaxşılaşdırır. Britaniya mətbuatının məlumatına görə, əgər Alonso “Real”la yenidən razılaşmadığı təqdirdə, ingilislər Xabini yenidən Liverpula qaytaracaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2004-2009 mövsümündə “Liverpul”un şərəfini qoruyub. O, 5 il ərzində 145 matçda meydana çıxaraq rəqib qapılarından 15 qol keçirib.

0
0