Məlikovla İsayevin komandasının “Rizəspor” sınağı
10.03.2013 - 07:14
Məlikovla İsayevin komandasının “Rizəspor” sınağı
Azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT 1-ci Liqasının 25-ci turunda evində “Rizəspor”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ötən tur qrip virusuna yoluxduğu üçün “Boluspor”la matçın sifariş ərizəsinə salınmayan Məlikovla İsayev hazırda sağlamlıqlarına qovuşublar. Təmsilçilərimizin bu qarşılaşmada meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Dənizlispor” 29 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Rizəspor” isə 42 xalla 3-cü sıradadır.