Məlikov ehtiyatda, İsayev üçün 5 dəqiqə
11.03.2013 - 09:14
Məlikov ehtiyatda, İsayev üçün 5 dəqiqə
Azərbaycan millisinin sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” Türkiyənin I liqasında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Dənizli təmsilçisi XXV turda “Çaykur Rizəspor”la ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Türkiyə yığmasının sabiq baş məşqçisi Mustafa Dənizlinin hazırda çalışdırdığı komanda üzərində qələbə 60-cı dəqiqədə Süleymanın vurduğu qolla qazanılıb.

Son vaxtlar əvvəl cəza, ardından soyuqlama üzündən oynamayan Məlikov yenə kənarda qalıb. Arif isə son 5 dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Dənizli təmsilçisi 25 oyundan sonra 32 xalla turnir cədvəlində 11-ci yerdə gedir.