Yubiley çempionluq
11.03.2013 - 09:19
Yunanıstan çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Olimpiakos” klubu XXV turunun AEK-lə oyununda 3:0 hesablı qələbə qazanaraq qızıl medalları təmin edib.
Pirey təmsilçisi çempionatın sonuna 5 tur qalmış ən yaxın izləyicisi “Asteras”ı 16 xal qabaqlayır. Bu, “Olimpiakos”un tarixində yubiley - 40-cı ölkə çempionluğudur.
Qeyd edək ki, “Olimpiakos” 2013/14 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

0
0