“Kayzerslautern”in baş məşqçisi Azərbaycan yığmasının oyununda
14.03.2013 - 11:06
“Kayzerslautern”in baş məşqçisi Azərbaycan yığmasının oyununda
Almaniyanın “Kayzerslautern” klubunun 2-ci komandasının baş məşqçisi Konrad Fünfstik Azərbaycan yığmasının oyununu izləyəcək. Bu barədə məlumatı apasport.az saytına millimizin futbolçusu Rüfət Dadaşov deyib.

Regionalliqada çıxış edən “Kayzerslautern-II”nin şərəfini qoruyan həmyerlimiz bildirib ki, çalışdırıcısı DÇ-2014-ün seçmə mərhələsində baş tutacaq Lüksemburq – Azərbaycan qarşılaşmasını izləyəcək. 33 yaşlı gənc mütəxəssis Dadaşovun oyununa baxmaq üçün Almaniyaya yaxın olan Lüksemburqa getməyi lazım bilib. Rüfət bildirib ki, klubun əsas komandasının baş məşqçisi Franko Fodanın da Fünfstiklə birlikdə Lüksemburqa səfər etməsi də istisna deyil.