“Azərbaycan millisində qol hesabımı açmaq istəyirəm“ - MÜSAHİBƏ
14.03.2013 - 11:23
“Kayzerslautern”in və Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovun apasport.az saytına müsahibəsi
- Millidəki hazırlığınız necə gedir?
- Dünən ilk məşqimiz oldu. Bəzilərinin klublarda oyunları olduğundan, iştirak etmirdilər. Yaxşı məşqlər keçiririk. Komandada demək olar hamını tanıyıram. Hər halda, artıq 3-cü dəfədir yığmadayam. Bu gündən 2 məşq edirik və çətin olacaq. Yaxşı hazırlaşmalıyıq ki, oyunda qalib gələk.
- Yığmada ab-hava necədir?
- Hər şey yaxşıdır. Hamı bu oyunda qələbə qazanmaq istəyir.
- Məhz hansı matçda?
- Lüksemburqu. Biz hələ ki bu oyunu düşünürük.
- Bəs Portuqaliya ilə matçı?
- Hələ ki bu rəqibə baxmırıq. Biz Lüksemburqla matçı fikirləşərək, qələbə qazanmaq istəyirik.
- Bu yığmanın Şimali İrlandiya ilə matçda heç-heçə etdiyini nəzərə alsaq, çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Biz Lüksemburqda oynayacağıq. Ancaq çox çətin olsa belə, qalib gəlmək üçün hər şey edəcəyik.
- Millinizdə rəsmi oyunda debüt etmək şansınızı necə dəyərləndirərdiniz?
- Mən buna çox hazıram. Oynamaq, qalib gəlmək, qol vurmaq istəyirəm.
- Əsas hücumçumuz olan Rauf Əliyevin hazırda formada olmamağı sizə oynamağa üstünlük verirmi?
- Bunu bilmirəm. Baş məşqçi kimin oynamağına qərar verəcək. O nə desə, elə də olacaq. Ola bilər ki, sonradan meydana çıxıb. Ancaq mənim üçün fərqi yoxdur, əsas qalib gəlməyimizi istəyirəm. Oynasam, bunun üçün əlimdən gələni edəcəyəm.
- Almaniyada işləriniz necədir?
- Normal. Baş məşqçimiz yığmada oynamağıma çox sevinir. O, mənim oyunumu izləmək üçün Lüksemburqa gələcək.
- “Kayserslautern”in ikinci, yoxsa əsas komandasının?
- Oynadığım ikinci komandanın. Mən bilmirəm, bəlkə əsas komandanın baş məşqçisi də gələcək.
- Əsas komandada oynamaq perspektiviniz necədir?
- Mənim hələ 1 illik müqaviləm var. Fikrimcə, özümü yaxşı göstərsəm, əsas komandada oynaya bilərəm. Mən təkcə “Kayserslautern”də yox, digər klublarda da forma geyə bilərəm.
- Bu işdə yığmada çıxışınız kömək olmalıdır...
- Bəli. Mən beynəlxalq matçlarda forma geymək imkanı qazanıram. Baş məşqçidən də çox şey öyrənə bilərəm.
Mehman SÜLEYMANOV

0
0