Ruslan Abışov “Levante” ilə oyunun məşqində - FOTO
14.03.2013 - 11:45
“Rubin” bu gün saat 21:00-da Avroliqanın 1/8 final mərhələsinin cavab görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi evdə “Levante”ni qəbul edəcək.
Avroliqanın iştirak ərizəsinə adı salınmasa da, Ruslan Abışov da “Rubin”in İspaniya klubu ilə hazırlıqlarında iştirak edib. Ancaq baş məşqçi Kurban Berdıyev futbolçulara oyunla bağlı son göstərişləri verəndə milli komandamızın üzvü kənardan onları seyr edib.
Qeyd edək ki, “Rubin” bazar günü Qroznıda “Terek”in qonağı olacaq. Məhz bu görüşdə Abışovun ilk dəfə Rusiya Premyer Liqasının “18-liy”inə düşəcəyi gözlənilir. Həmin qarşılaşmadan sonra Ruslan millinin düşərgəsinə qoşulacaq.

0
0