Cavid İmamverdiyev martın 22-si məşqə çıxa bilər
14.03.2013 - 12:42
Cavid İmamverdiyev martın 22-si məşqə çıxa bilər
“Bakı” ilə oyunda dizindən zədələnən Cavid İmamverdiyevin məşqə qatılacağı tarixə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan dərhal sonra MRT müayinəsindən keçən Cavidin zədəsinin o qədər də ciddi olmadığı və komandanın məşqlərə start verdikdən 4-5 gün sonra meydana çıxacağı məlum olub.

Bu isə o deməkdir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü olan İmamverdiyev Novruz bayramından sonra məşqlərə qatıla bilər. Belə ki, hazırda “Neftçi”də 4 günlük istirahətin olduğunu və komandanın martın 18-dən hazırlıqlara başladığını nəzərə alsaq, Cavid ayın 22-si və ya 23-ü artıq hazırlıqlarda yerini ala bilər.

Qeyd edək ki, Cavid İmamverdiyev “Bakı” – “Neftçi” oyununda meydanda cəmi 19 dəqiqə olmuşdu. Son dəqiqələrdə zədələnən gənc futbolçu yerini Eşqin Quliyevə verməli olmuşdu.