Rüfət Dadaşovun komanda yoldaşı millimizə çağırıldı
14.03.2013 - 13:04
Rüfət Dadaşovun komanda yoldaşı millimizə çağırıldı
21 yaşadək futbolçulardan ibarət yığma komandamız (U-21) martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, toplanış çərçivəsində U-21 martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Toplanışa 23 futbolçu çağırılıb. Bunlardan 8-i öncədən də bilindiyi kimi “Neftçi”ni təmsil edir. 4 futbolçu isə legionerdir. Onların arasında əsas millimizin hücumçusu Rüfət Dadaşovun “Kayzerslautern”in U-23-də komanda yoldaşı olan Timur Təməltaş da var. O, ilk dəfə milliyə çağırılıb.

Heyət aşağıdakı futbolçulardan ibarətdir: Mirhüseyn Seyidov, Araz Abdullayev, Tərlan Quliyev, Kərim Diniyev, Elvin Yunuszadə, Emin Mehtiyev, Emil Balayev, Rəşad Əzizov (hamısı "Neftçi"), Hacı Əhmədov, Tural İsgəndərov (hər ikisi "Qarabağ"), Şəhriyar Əliyev, Nurlan Novruzov (hər ikisi "Bakı"), Abdulla Abatsiyev, Fuad Bayramov (hər ikisi "İnter"), Amit Quluzadə, Ürfan Abbasov (hər ikisi "Qəbələ"), Slavik Alxasov (Sumqayıt), Andrey Popoviç (Turan), Ruslan Tağızadə (AZAL), Bayram Budaqov ("Dnepr", Ukrayna), Taşkın İltər ("Ayntraxt” Braunşvayq, Almaniya), Fatih Şanlı ("Berqiş Qladbax 09", Almaniya), Timur Təməltaş ("Kayzerslautern", Almaniya).