Elnur Allahverdiyev milliyə qaytarıldı
14.03.2013 - 13:30
Martın 13-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub. Apasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyev yığmanın hazırlıq prosesində iştirak edəcək. Belə ki, baş məşqçi Berti Foqts təcrübəli müdafiəçini də komandaya çağırıb.
Qeyd edək ki, Foqtsun açıqladığı ilkin 25 nəfərlik siyahıda bunadək də dəyişikliklər olub. Aqil Nəbiyev heyətdən çıxarılıbsa İlkin Qırtımov sonradan dəvət almışdı.
Mənbə: affa.az
Qeyd edək ki, Foqtsun açıqladığı ilkin 25 nəfərlik siyahıda bunadək də dəyişikliklər olub. Aqil Nəbiyev heyətdən çıxarılıbsa İlkin Qırtımov sonradan dəvət almışdı.
Mənbə: affa.az
0
0