4 oyunluq həsrət bitdi
14.03.2013 - 14:22
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev təxminən 5 aylıq fasilədən sonra milli komandaya dəvət alıb. Apasport.az saytının məlumatına görə, Allahverdiyev ötən ilin sentyabrın 29-da etdiyi qeyri-etik hərəkətə görə millidən kənar qalmışdı.
Belə ki, o, Topaz Premyer Liqasının VII turunda Tovuzda baş tutmuş “Turan”la matçda əsəblərini saxlaya bilməmiş və 77-ci dəqiqədə baş hakim Rəhim Həsənovun sarı vərəqə verməsinə onun üzünə tüpürməklə cavab vermişdi. Nəticədə AFFA İntizam Komitəsi (İK) onu 6 oyunluq cəzalandırmış, çıxış etdiyi kluba isə 5 min manat məbləğində cərimə kəsmişdi.
Həmin vaxt Rusiya yığması ilə oktyabrın 16-da “Lujniki” stadionunda baş tutacaq oyunun hazırlıqlarına da çağırılan 30 yaşlı futbolçu sonradan millidən kənar qalmışdı. Belə ki, baş məşqçi Berti Foqts oktyabrın 5-dən Bakıda başlamış hazırlıqlara Elnura da dəvət göndərsə də, İK-nın qərarından sonra bu dəvəti ləğv etmişdi.
İndi Elnur Allahverdiyev yığmanın 4 oyununu buraxdıqdan sonra Lüksemburqla matçda yenidən forma geyə bilər. Onun buraxdığı görüşlər isə Rusiya və Şimali İrlandiya ilə seçmə oyunlar, eləcə də Özbəkistan və Lixtenşteynlə yoldaşlıq matçlarıdır.

0
0