“Qəbələ”nin sabiq futbolçusu Hollandiya klubuna keçir
14.03.2013 - 17:03
“Qəbələ”nin sabiq futbolçusu Stiv Olfers karyerasını vətənində davam etdirə bilər. Apasport.az saytının Royters agentliyinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu karyerasını ölkəsinin “Ekselsior” klubunda davam etdirməyə yaxındır.
31 yaşlı futbolçu ötən ilin yayında “Qəbələ” ilə müqaviləsi başa çatdıqdan sonra ölkəmizi tərk etmişdi və o vaxtdan özünə klub tapa bilməmişdi. Hazırda o, sabiq klubu “Ekselsior”un düşərgəsində məşq edir.
Qeyd edək ki, Olfers “Qəbələ”yə 2010-cu ilin yayında Toni Adams tərəfindən gətirilmişdi. Adams onu Danimarkanın “Olborq” klubunun Çempionlar Liqasının “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oyunundan (2:2) tanıyırdı.

0
0