“Xəzər Lənkəran”ın sabiq legioneri Elhad Nəzirinin yolu ilə getdi
14.03.2013 - 17:23
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Bruno Simao yeni klub axtarır. Apasport.az saytının məlumatına görə, portuqaliyalı sol cinah müdafiəçisi “Milsami”dən gedib. Legionerlə Moldova klubu arasında müqavilə qarşılıqlı razılıqla pozulub.
2012-ci ilin fevralından orada oynayan müdafiəçi mövsümlərarası fasilədə şəxsi problemlərinin olduğunu bildirib: “Mən bu üzdən yanvarın 14-də, komanda məzuniyyətdən qayıdandan sonra gələ bilmədim. Üstəlik, zədəli idim. Mən klub rəhbərliyini xəbərdar etməməklə səhv buraxdım. Buna görə də belə vəziyyət alındı. İndi fiziki formamı qaytarıb, özümə yeni komanda tapmaq istəyirəm. Bunu indi edəcəyimə əmin deyiləm. Ancaq ümid edirəm ki, yaya öz əvvəlki adi səviyyəmə gələcəyəm və həmin vaxt məndə hər şey alınacaq”.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibi olan Simao qış fasiləsində müqaviləsini pozaraq Rumıniyanın “Petrolul” klubuna keçən millimizin müdafiəçisi Elhad Nəziri ilə yarım il “Milsami”də komanda yoldaşı olub.

0
0