AZAL “İnter”lə yoxlama oyunu keçirəcək
14.03.2013 - 17:44
AZAL “İnter”lə yoxlama oyunu keçirəcək
AZAL Topaz Premyer Liqasında yaranmış fasilədən maksimim dərəcədə istifadə edəcək. Apasport.az saytının məlumatına görə, son turda “Kəpəz” üzərindəki qələbədən sonra baş məşqci Vaqif Sadıqov komandaya 4 günlük istirahət verib.

Martın 18-də yenidən bir araya gələcək komanda növbəti tura hazırlığa start verəcək. Hazırlıq çərçivəsində AZAL yoxlama oyunu keçirməyi də planlaşdırıb. Belə ki, “təyyarəçilər” martın 23-də “Şəfa” stadionunda “İnter”in qonağı olacaq.