Baş tutmayan yenilik
16.03.2013 - 12:26
Baş tutmayan yenilik
Topaz Premyer Liqasının formatının dəyişdirilməsi neçə ildir gerçəkləşməsi gözlənilən yeniliyin tətbiqini yenə əngəllədi. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümünün sonunda ilk dəfə baş tutmalı olan pley-off matçları artıq necə illərdir həyata keçirilə bilmir.

Söhbət Premyer Liqanın aşağı pillələrində qərarlaşan komanda ilə I divizionun liderlərindin birinin duelindən gedir. 4 il əvvəl 14 komandadan 12 iştirakçılı sistemə keçərkən bu yenilik gündəmə gəlmişdi. Premyer Liqanın 11-cisi aşağı dəstənin 2-cisi ilə qarşılaşmalı idi.

Lakin həmin vaxt elə indiki kimi mövsümün sonuna 2 ay qalmış AFFA-nın İcraiyyə Komitəsi I diviziondan heç kimin elitaya yüksəlməyəcəyi ilə bağlı qərar verdi. Oxşar hadisə pley-offun gözlənildiyi ötən çempionatda da yaşandı. Bu dəfə Premyer Liqanın 11-cisi pley-offda aşağı dəstənin 2-cisi ilə üz-üzə gəlməli idi. Lakin yenə yüksək dəstəyə çıxmaq mümkünsüz olduğundan bu matç da baş tutmadı.

Cari mövsümün sonunda isə I divizionun qalibinin Premyer Liqaya, II yer sahibinin isə pley-oiffa yolu bağlandı. Üstəlik güclülər dəstəsinin 11-cisi də pley-offda xilas olmaq ümidləri ilə vidalaşdı.