Ən az komanda, ən çox oyun
16.03.2013 - 15:03
Futbol üzrə Azərbaycan çempionatında sabitlik pozulub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 2013/14 mövsümünün formatının dəyişdirilməsi ilə yarışdakı 3 illik sabitlik pozulub.
Belə ki, ardıcıl 3 mövsüm xalların saxlanması ilə davam etdirilən “altılıq” sistemi çempionatlarımız tarixində ən uzunmüddətli sistem idi. Belə ki, bunadək heç bir sistem say sabit qalmaq şərtilə ardıcıl 3 mövsüm saxlanılmamışdı. Adətən hər mövsüm, nadir hallarda isə 2 ildən bir dəyişən say və ya format bu dəfə daha uzun müddət qaldı.
Futbol tariximizdə ən az – 10 komandanın iştirak edəcəyi və ilk dəfə 4 dövrədə mübarizə aparacağı yarışa qədər müxtəlif say və formatlar tətbiq olunub. Lakin onların yalnız ikisində indi tətbiqinə qərar veriləndəkindən – 36-dan az oyun olmayıb. Yalnız 1992 və 1998/99-da komandalar 2 mərhələdə üst-üstə 36 oyun keçirirdi. İndi isə həmin rekord təkrarlanacaq. Düzdür, 21 il əvvəl bəzi komandalar – 13-26-cı yerlər uğrunda oynayanlar üçün bu rəqəm 38 olub. Lakin 2 komandanın yarışdan çıxması üzündən hər komanda evində otura-otura 2 oyunda 6 xal qazanmışdı. Yəni 38 oyunun 2-si yalnız kağız üzərində olub. 1998/99 mövsümündə isə yalnız ilk “altılıq”dakılar 36 oyun keçirdi.
İki qrupda
1992 və 1993 mövsümlərində çempionat 2 qrupda start götürüb. Əvvəl 26, sonra isə 20 komanda yarı bölünərək final mərhələsinə vəsiqələr üçün yarışıb. 21 il əvvəl hər qrupdan ilk “altılıq” 1-12-ci, digərləri isə 2 komanda yarışın gedişində tarixin yaddaşına qovuşduğundan 13-24-cü yerlər uğrunda mübarizə aparıb. Burada hər komanda digər qrupun üzvləri ilə görüşüb. 1993-cü ildə isə hər qrupdan 2 komanda yarımfinala yüksələrək olimpiya sistemi ilə mükafatçıları müəyyənləşdirib.
İki mərhələdə
Rekord sayda – 6 çempionatda isə 12 komanda 2 dövrədən sonra 2 “altılığ”a bölünüb. Lakin bu yarışlarda fərqli mənzərə yaşanıb. 1995/96, 2009/10 mövsümlərində komandalar ilk mərhələdən sonra “Qızıl xallar”la mübarizə aparıb. 2001/02 mövsümündə ikinci mərhələ xalların silinməsi ilə, yəni sıfırdan start götürüb. Ardıcıl 3-cü dəfə (2010/11, 2011/12, 2012/13) tətbiq olunan indiki variantda isə mübarizə bütün xalların qalması ilə davam etdirilir.
Bundan başqa, “altılıq” sistemli çempionatlardan ilk ikisi daha bir mənada indikindən fərqlənib. Belə ki, 1995/96 və 2001/02 mövsümlərində çempionata 12, final mərhələsinə isə 11 komanda başlayıb. İlk “altılıq”dan fərqli ikinci “beşlik”də komandaların az olması isə Bərdə “Pambıqçı”sı və Naxçıvan “Araz”ının adı ilə bağlıdır. Onlar müvafiq olaraq 1995/96 və 2000/01 mövsümlərində yarıyolda qalıb. 17 il əvvəl komanda I mərhələnin əksər oyunlarını keçirdikdən sonra çempionatdan çıxarılıb. “Araz” isə mərhələni başa vursa da “altılıq”da oynamayıb. Lakin həmin 2001/02 mövsümü heç sona da çatdırılmayıb. Klubların boykot qərarı ilə yarış dayandırılıb.
1998/99 mövsümündə 14 komanda oynasa da “altılıq” da olub. Belə ki, 26 turdan sonra klublar 1 “altılıq” və 2 “dördlüy”ə bölünərək xalların sıfırlanması ilə mübarizəni yenidən davam etdirib.
Dairəvi
Azərbaycan çempionatında bütün dünyada daha çox üstünlük verilən klassik – 2 dövrəli dairəvi sistemli yarış isə 13 dəfə keçirilib. Lakin bu yarışlarda iştirakçı sayı müxtəlifliyi ilə seçilib. 2004/05 mövsümündə rekord – 18 komandanın başladığı yarış 1993/94 və 1996/97 mövsümlərində 16 iştirakçı ilə baş tutub. Lakin sonuncu variantda dünyada analoqu olmayan əsasnaməyə uyğun olaraq uşaq komandalarının nəticələri də əsas heyətin balansına əlavə edilib.
1997/98 mövsümündə 15 klubun qatıldığı yarışı 14 iştirakçı başa vurub. “Xəzri” mübarizəni erkən dayandırdığı üçün çempionat 14 komanda ilə başa çatıb. Daha 4 dəfə - 2003/04, 2005/06, 2007/08, 2008/09 mövsümlərində 14 komanda 26 turda çıxış edib. Bundan başqa 1994/95, 2006/07 mövsümlərində də 14 iştirakçı yarışa başlamalı idi. “Azneftyağ” 1994/95 mövsümündə çempionatın startından az sonra, “Kəpəz” isə 2006/07-də püşldən sonra fəaliyyətini dayandırdı. Bu üzdən yarış 13 komanda ilə keçirildi.
1999/00 və 2000/01 mövsümlərində cəmi 12 komanda 22 turluq yarışda oynamalı idi. Lakin bu, yalnız ilk halda mümkün oldu. 12 il əvvəl isə “ANS-Pivani” çempionatdan çıxmaqla komandaların sayını 11-ə endirdi. Həmin rəqəm indiyədək ən aşığı göstərici idi. Gələn mövsüm bu rekord rəqəmi 10-a qədər düşəcək. Lakin həmin vaxt iştirakçılar 20 turda meydana çıxmışdısa, indi bu rəqəm 36-ya yüksələcək.
10 komandalı yarış daha çox 1993-cü ilin qruplarını xatırladır. Onda hər qrupda 10 komanda oynayırdı. Lakin 20 il əvvəl 18 turdan sonra 3 və 4-cü dövrənin əvəzinə yarımfinal və final matçları gəlirdi.

0
0