Azərbaycan yığması mükafatlandırıldı
16.03.2013 - 17:05
Azərbaycan yığması mükafatlandırıldı
Gənc qızlardan ibarət milli komandalar arasında keçirilən “Kuban baharı” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin final oyunundan sonra müxtəlif nominasiyalar üzrə ən yaxşılar mükafatlandırılıb.

Rusiyada təşkil olunan ənənəvi turnirin debütantı olan Azərbaycan milli komandası da mükafatsız qalmayıb. Yarışı 9-cu yerdə bitirməsinə baxmayaraq təşkilatçılar yığmamızın oyununu lazımınca dəyərləndirib. Belə ki, ispaniyalı baş məşqçi Patrisiya Qonzalesin yetirmələri “Azarkeşlərin rəğbətinə görə” mükafatının sahibi olub.