Fomenko rekord vurdu
16.03.2013 - 17:13
Fomenko rekord vurdu
Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə səfər oyununda 2:1 hesabı ilə qalib gələn “İnter”in futbolçularının göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkəti paytaxt təmsilçisinin üzvlərinin səfər oyunundakı 90 dəqiqə ərzində qət edtiyi məsafəni də hesablayıb.

Məlum olub ki, bakılıların oyunçuları Qəbələdə üst-üstə 123,5 kilometr məsafə qət edib. Oyun boyu ən çox qaçan isə Yuri Fomenko olub. Ukraynalı legioner matç üçün rekord vuraraq 15 km-dən də çox qaçıb. Ən çox qaçan 5 futbolçu arasında 3 legioner və 2 yerli oyunçu var.

1
Yuri Fomenko
15354 m.
2
Ruslan Əmircanov
12228 m.
3
İbrahima Niasse
11920 m.
4
Asif Məmmədov
11246 m.
5
İlia Kandelaki
10721 m.