“Beşiktaş” azarkeşlərini məyus etdi
17.03.2013 - 00:15
“Beşiktaş” azarkeşlərini məyus etdi
Türkiyə Superliqasında 26-cı turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə üç qarşılaşma baş tutub.

“Mersin İdmanyurdu”nu qəbul edən “İstanbul BB” inamlı qələbə qazanıb. Meydan sahibləri qonaqları 4:2 hesabı ilə üstələyib.

Evində “Karabükspor”la üz-üzə gələn “Gənclərbirliyi”də turu qələbə ilə başa vurub – 2:1.

Günün maraqlı oyunu isə “İsmət İnönü” stadionunda reallaşıb. Burada “Kasımpaşa”nı qəbul edən “Beşiktaş” gözlənilmədən məğlub olub – 1:3.

Qeyd edək ki, Türkiyə Superliqasında 26-cı tura bu gün keçiriləcək dörd oyunla yekun vurulacaq.


Türkiyə Superliqası
26-cı tur
15 mart
“Əskişəhərspor” – “Elazığspor” - 2:2
Kamara, 13, Necati, 90-pen – Yedək, 42, Gürlər, 74

“Bursaspor” – “Trabzonspor” - 3:2
Batalla, 2; 35, Özbayrakl, 42 – Henrique, 11, Altintop, 22

16 mart
“İstanbul BB” – “Mersin İdmanyurdu” - 4:2
Zenke, 8, Vellinqton, 12, Tekdemir, 64, Holmen, 76 - Nobre, 80; 88

“Gənclərbirliyi” – “Karabükspor” - 2:1
Petroviç, 9, Fleminks, 89 - Şelton, 40

“Beşiktaş” – “Kasımpaşa” - 1:3
Şahan, 13 - Viudez, 8, Djamala, 33, H.Çolak, 78

17 mart
“Akhisar BS” – “Sivasspor”
“Orduspor” – “Qaziantepspor”
“Kayserispor” - “Qalatasaray”
“Antalyaspor” – “Fənərbaxça”