Millimizin rəqibi “Bakı”nın bazasında
17.03.2013 - 01:30
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Portuqaliya yığma komandası 4 gün ərzində şəhərimizin qonağı olacaq. Apasport.az saytının məlumatına görə, 26 mart 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızın qonağı olacaq Portuqaliya 2 gün “Bakı”nın bazasında məşq edəcək.
Əldə olunan razılaşmaya əsasən, 23 və 24 mart tarixlərində Portuqaliya milli komandası müvafiq olaraq 17.00-19.00 və 11.00-13.00 radələrində “zolaqlılar”ın bazasında hazırlıq keçəcək.
24 mart tarixinə təyin olunmuş məşq qapalıdır. 23 mart axşamında isə qonaqlar açıq məşq keçirəcəklər. Bu məşq zamanı videoçəkilişlərə icazə verilmir.
Portuqliaya yığması Bakıya aşağıdakı heyətlə gələcəyi planlaşdırılır.
Qapıçılar: Rui Patrisio (“Sportinq”), Beto (“Sevilya”, İspaniya), Eduardo (“İstanbul BB”, Türkiyə)
Müdafiəçilər: Joao Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Silvio (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi “Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya)
Yarımmüdafiəçilər: Raul Meyreleş (“Fənərbaxça”, Türkiyə), Migel Veloso (“Dinamo”, Ukrayna), Joao Moutinyo (“Porto”), Kustodio (“Braqa”), Karlos Martins (“Benfika”), Paulo Maçado (“Olimpiakos”, Yunanıstan)
Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Danni (“Zenit”, Rusiya), Varela (“Porto”), Vyeirinya (“Volfsburq”, Almaniya), Pizzi (“Deportivo”, İspaniya), Helder Poştiqa (“Saraqosa”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə).
Qeyd edək ki, Azərbaycan və Portuqaliya milli komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq seçmə mərhələ oyunu saat 21.00-da başlanacaq.
Mənbə: fcbaku.com

0
0