Elhad Nəziri milliyə debüt etmədən gəlir
17.03.2013 - 09:17
Elhad Nəziri milliyə debüt etmədən gəlir
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirinin Rumıniya çempionatında debütü yenə baş tutmayıb. Apasport.az saytının məlumatına görə, müdafiəçinin qış fasiləsində keçdiyi “Petrolul”da ilk oyununa çıxacağı gözlənilsə də, bu, reallaşmayıb.

Belə ki, komandanın baş məşqçisi Kosmin Kontra Buxarest “Dinamo”suna evdə 2:1 hesabı ilə qlaib gəldikləri oyunda da Nəziriyə şans verməyib. Bununla da futbolçumuz milinin düşərgəsinə oyun praktikasız gəlməli olacaq.

Sabahdan yığmanın Lüksemburq yığması ilə Bakıdakı hazırlığında iştirak edəcək Nəziri sonuncu dəfə rəsmi matçda ötən ilin sonunda Moldovanın “Milsami” klubunun heyətində çıxıb.

Qeyd edək ki “Petrolul” ölkə çempionatında 22 oyundan sonra 38 xalla 5-ci yerdə gedir.