Terim Madriddə darmadağın gördü, Mourinyo Kayseridə
17.03.2013 - 09:51
Terim Madriddə darmadağın gördü, Mourinyo Kayseridə
Çempionlar Liqasının 1/4 final mərhələsində rəqib olan “Real”la “Qalatasaray”ın baş məşqçiləri – Joze Mourinyo ilə Fatih Terim kəşfiyyata başlayıblar. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssislər komandalarının oyunlarını izləmək üçün əməli işə keçiblər.

Belə ki, Terim şəxsi təyyarə ilə Madridə uçaraq, rəqibinin çempionatda “Malyorka”ya 5:2 hesabı ilə qalib gəldiyi oyunu “Santyaqo Bernabeu”dan izləyib. O, matçdan sonra Kayseriyə gələrək, komandasının bugünlü oyunda başında olacaq.

“Qalatasaray”“Kayserispor”un qonağı olacaq və Mouronyo da bu gün şəxsi təyyarə ilə ora gələcək. Portuqaliyalı mütəxəssis Kayseri klubuna 5 nəfərlik heyətlə gələcəyi ilə bağlı siyahı göndərib.

Qeyd edək ki, “Qalatasaray” madridlilərlə aprelin ilk 10 günlüyündə keçiriləcək matçlarda əvvəlcə qonaq olacaq.