“Qəbələ” “Şerif”lə əməkdaşlıqla bağlı razılığa gəldi
17.03.2013 - 10:39
“Qəbələ” “Şerif”lə əməkdaşlıqla bağlı razılığa gəldi
"Qəbələ"nin rəsmiləri Moldovada təşkil olunan turnirə ev sahibliyi edən “Şerif” klubunun rəhbərliyinin qonağı olub. Apasport.az saytının məlumatına görə, 15 yaşadək futbolçular arasında beynəlxalq turnirdə Tiraspol klubu ilə oyundan Qəbələnin eyniadlı təmsilçisinin rəsmiləri - Akademiyanın dirketor müavini Nail Kərimov, baş məşqçisi Halim Fiçıcı, məşqçilər Uğur Kurt və Hüseynqulu Quliyev "Şerif" Akademiyasının direktor müavini Yevqeni Molovat ilə görüşüb.

Görüş zamanı hər iki tərəf Akademiyaların fəaliyyəti barədə təcrübələri və gələcək planları barədə məlumat verib. Molovat “Qəbələ”nin turnirdəki çıxışını yüksək qiymətləndirərək final oyununda uğurlar arzulayıb.

Komandaların akademiya səviyyəsində əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparan rəsmilər əməkdaşlıq barədə şifahi razılığa gəliblər. Sonda "Qəbələ" rəsmiləri "Şerif"in bazası ilə tanış olublar.