“Xəzər Lənkəran” Con Toşaka 2 nömrə bağışlayır
17.03.2013 - 11:59
 “Xəzər Lənkəran” Con Toşaka 2 nömrə bağışlayır
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşaka komandasının forması təqdim olunacaq. Apasport.az saytının məlumatına görə, 64 yaşlı uelsli mütəxəssisə “ağ-yaşıllar”ın 2 forması bağışlanacaq. Bu, az sonra başlayacaq təqdimat mərasimində olacaq.

Formaların arxasında Toşakın soyadı qeyd olunub. Lənkəranlıların yeni çalışdırıcısına nəzərdə tutduğu ağ forma 12, yaşıl forma 42 nömrəlidir. Birincini futbolda önəmli qüvvə olan 12-ci oyunçu, 42-ni isə Lənkəranın avtomobil seriyası kimi qiymətləndirmək olar.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın “12-ci oyunçu” fan-klubu var.

Mehman SÜLEYMANOV