Toşak Foqtsun dəvətinə istehza etdi: Görəsən, özümlə dəsmal da aparmalıyam?
17.03.2013 - 13:01
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqtsun dəvətinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis almaniyalı həmkarının ötən ilin fevralında klublarımızın çalışdırıcısını Dubaya təlim-məşq toplanışına aparmağına istehza ilə yanaşıb.
Onun sözlərinə görə, əvvəl belə praktika ilə rastlaşmayıb: “Görəsən, mən Dubaya çimərliyə getmək üçün özümlə dəsmalımı da aparmalıyam? Maraqlı səfərdir. Bəs mən ora getsəm, komandamın başında kim olacaq? Gedəcəyiksə, hamımız getməliyik”.
Mehman SÜLEYMANOV

0
0