“Xəzər Lənkəran” klubunun yeni məşqçiləri kim olacaq?
17.03.2013 - 13:10
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak köməkçilərini hələ müəyyənləşdirməyib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis özü ilə birgə ölkəmizə məşqçi gətirməyib.
Lənkəran klubu ispaniyalı baş məşqçisi Karles Bakes Martorellin istefasından onun köməkçisi Emin Quliyevə tapşırılıb ki, ona da Erik Roketa yardımçı olur.
Toşak bir müddət onlarla birgə çalışmağı düşünür: “Azərbaycana tək gəlmişəm. Lənkəranda vəziyyətlə tanış olandan sonra köməkçilərimlə bağlı qərar verəcəyəm. 7 fərqli ölkədə çalışmışam, 35 illik təcrübəm var. Hər yerdə yerli mentalitetə bilən məşqçilərə üstünlük vermişəm bə yəqin ki, bu dəfə də istisna olmayacaq. Yerli məşqçilər mənə yerli futbol haqda məlumat verəcək və onlar da məndən öyrənəcək. Hələlik təhlükə qarşısına tək çıxmışam”.
Mehman SÜLEYMANOV

0
0