Millimiz Maltaya qalib gəldi
17.03.2013 - 16:55
Bu gün Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində Malta millisi ilə oynayıb. Apasport.az saytının məlumatına görə, almaniyalı Nikolay Adamın baş məşqçisi olduğu yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Maltalıların qapısından topu Şahban Cəbrayılov keçirib.
Qeyd edək ki, bu, yığmamızın turnirdə son oyunu olub. Belə ki, Adamın yetirmələri ilk 2 oyunda meydan sahiblərinə 0:1, İsrailə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, bu, yığmamızın turnirdə son oyunu olub. Belə ki, Adamın yetirmələri ilk 2 oyunda meydan sahiblərinə 0:1, İsrailə 0:2 hesabı ilə uduzub.
0
0