Qolunu qeyd etdi, millidən ömürlük kənarlaşdırıldı
17.03.2013 - 17:43
Qolunu qeyd etdi, millidən ömürlük kənarlaşdırıldı
Yunanıstan Futbol Federasiyası (YFF) AEK-in oyunçusu Georgos Katidisi ömürlük cəzalandırıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi milliyətçi çağırışa görə həmişəlik yığmadan kənarlaşdırılıb.

Ölkəsinin yeniyetmələr yığmasının sabiq kapitanı çempionatda “Veriya”ya 2:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qolun bayram edilməyini özünəməxsus şəkildə əlini tribunaya tutmaqla edib.

YFF yaydığı bəyanatında göstərib ki, oyunçunun hərəkəti yolverilməzdir: “Onun azarkeşləri milliyyətçi hərəkətlə salamlamağı ciddi təxribat sayılır. Bu, milli rejimin bütün qurbanlarına qarşı təhqirdir və futbollun sülhsevər, hümanistlik dəyərinə zərər vurur”.

Katidis ölkəsinin bütün siyasi partiyaları və sosial şəbəkələrdə fanatları tərəfindən də ciddi tənqidə məruz qalıb. AZEL futbolçudan üzr istəməyini təkid edib. Klub bundan sonra gələn həftə keçirəcəyi Direktorlar Şurasının iclasında Geprgosun gələcək taleyinə baxacağına söz verib.

Futbolçu isə hərəkətinin milliyətçi çağırış olduğunu bilmədiyini deyib: “Bunu bilsəydim, qolu belə qeyd etməyi heç vaxt etməzdim”.