“Mançester Siti”nin ilk hədəfi Neymardır
17.03.2013 - 18:39
“Mançester Siti”nin ilk hədəfi Neymardır
İngiltərə Premyer Liqasında lider “Mançester Yunayted”dən 15 xal geri olan “Mançester Siti” növbəti mövsüm üçün transfer hazırlıqlarına indidən başlamağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in ilk hədəfi “Santos”un hücumçusu Neymardır.

Mançester təmsilçisi Braziliya milli komandasının üzvünün keçidini həll etmək üçün hərəkətə kemməyə hazırlaşır. İngilislər Neymarın transferi üçün “Santos”a 58 milyon avro verməyi planlaşdırır.

Qeyd edək ki, gənc futbolçu ilə “Barselona”, “Bavariya” və “Real”da yaxından maraq göstərir. Həmçinin Neymarın özü də Avropada çıxış etməyini dəfələrlə ifadə edib. Lakin o, bunu yalnız DÇ-2014-dən sonra rellaşa biləcəyini bildirib.