Arif İsayev oynadı, komandası heç-heçə etdi
17.03.2013 - 19:00
Azərbaycanlı futbolçular Rail Məlikovla Arif İsayevin şərəfini qoruduqları “Dənizlispor” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT 1-ci liqasının 26-cı turu çərçivəsində “Qartalspor”la münasibətlərinə aydınlıq gətirib.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Qarşılaşmada İsayev meydan ilk “11-lik”də çıxıb. O, 56 dəqiqə mübarizə aparıb. Məlikov isə “18-liy”inə daxil edilsədə, baş məşqçi Səlahəddin Dərvənd ona şans verməyib.
Qeyd edək ki, bu heç-heçədən sonra “Dənizlispor” xalını 33-ə çıxarıb və turnir cədvəlində 12-ci pillədəki mövqeyini qoruyub.

0
0