Lionel Messi: Titonun yoxluğu hiss olunur
17.03.2013 - 21:43
Lionel Messi: Titonun yoxluğu hiss olunur
“Barselona”nın hücumçusu Lionel Messi İspaniya telekanallarının birinə maraqlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu xərçəng xəstəliyinə tutulan və müalicəsini Amerikada davam etdirən Kataloniya klubunun baş məşqçisi Titi Vilanovanın yoxluğunu komandada hiss etdiklərini bildirib.

Messi “Barselona”nın uğur qazanmasını istəməylərə də toxunub: “Müasir futbolda məşqçinin rolunu həddindən artıq qiymətləndirmək çətindir. Əlbəttə, Titonun yoxluğu hiss olunur. Biz Xordi Rouruya hörmət edirik, o mümkün olan hər şey etməyə çalışır. Amma nə də olsa, bizim əsas məşqçimiz Vilanovadır. Onun xəstəliyi bütün hər kəs üçün ağır zərbə oldu”.

Bundan başqa Lionel bildirdi ki, “Barsa”nın ünvanına edilən tənqidlər onun oyununa tamamilə təsir etmir: “Bir dəfə Qvardiola dedi ki, nə vaxt ki, bir komanda daim qalib gəlir, tamaşaçı onun uğurlarından yorulur və ona qarşı azarkeşlik etməyə başlayır. Buna görə çoxları istəmirlər ki, biz qalib gələk. Əlbəttə, ola bilərlər və başqa səbəblər bizə məğlubiyyəti arzu edər. Amma mən heç vaxt onlar haqqında belə fikirləşməmişəm. Bu məni tamamilə maraqlandırmır”.

O, milli komandadakı çıxışından da danışıb: “Bilirəm ki, yığmada mən indiyə qədər ən yaxşı tərəfədən görünmürdüm. Azarkeşlər və jurnalistlər istəyirlər ki, mən tək bütün matçlarda fərqlənim. Amma bu heç də belə olmur. Mən yüksək tələblərə alışmamışam. Uşaqlıqda atam heç vaxt mənim oyunumdan razı deyildi. Hətta dörd qol vursam belə. O, həmişə məni tənqid etmək üçün bir şey tapardı. Nadir hallarda isə mənim yaxşı oynadığımı deyərdi”.