Taffarel finalda “Barselona” ilə qarşılaşmaqlarını istəyir
17.03.2013 - 22:20
Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq “Qalatasaray”ın məşqçisi Klaudio Taffarel İspaniya radiosunda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”da qapıçılarla işləyən braziliyalı veteran qolkiper “Kral klubu”ndan çəkinmədiklərini bildirib.
O, Avropanın ən nüfuzlu klub turnirinin finalında madridlilərin əzəli rəqibi “Barselona” ilə qarşılaşmaqlarını istədiyini ifadə edib: “Real”lə oynamaq istəməzdim. Ancaq nəsə qazanmaq istəyirsinizsə belə komandalarla qarşılaşmaq məcburiyyətindəsiniz. Kuboku əldə etmək bizim üçün bu anda bir yuxudur. Amma çox da xoş bir yuxudur. Madrid təmsilçisinə qarşı oynamağımız, bizi olduqca xoşbəxt edir. “Barselona”, “Real” və “Bavariya” dünya futbolunun nəhəng komandalarıdır. Bunların içərisində “Barselona” ilə final oynamaq istəyərdik”.
Qeyd edək ki, Taffarel 2000-ci ildə “Real”ı məğlub edib UEFA Superkubokuna sahib olan “Qalatasaray”ın heyətində çərçivəni qoruyub.

0
0