“Çelsi” sevindi, “Tottenhem” məyus oldu
17.03.2013 - 23:17
“Çelsi” sevindi, “Tottenhem” məyus oldu
İngiltərə Premyer Liqasında 30-cu turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə dörd qarşılaşma reallaşıb.

Doğma publika önündə “Fulhem”lə üz-üzə gələn “Tottenhem” gözlənilmədən rəqibinə məğlub olub - 0:1.

“Çelsi” isə turu qələbə ilə başa vurub. “Vest Hem”i qəbul edən “zadəganlar” qonaqları iki dəfə mərkəzdən başlamağa məcbur edib.

Digər görüşlərdə “Sanderlend” evində “Norviç”in müqavimətini qıra bilməyib. “Uiqan” isə “Nyukasl”ı 2:1 hesabı ilə üstələyib.

İngiltərə Premyer Liqası
30-cu tur
16 mart
“Everton” – “Mançester Siti” - 2:0
Osman, 32, Yelaviç, 90

“Aston Villa” – KPR -3:2
Aqbonlahor, 45, Veymann, 59, Benteke, 81 – Jenas, 23, Tounsend, 73

“Sauthempton” – “Liverpul” - 3:1
Şneyderlin, 6, Lambert, 33, Rodriqes, 80 – Koutinyo, 45

“Stok Siti” – “Vest Bromviç” - 0:0

“Suonsi” – “Arsenal” - 0:2
Monreal, 74, Cervinyo, 90

“Mançester Yunayted” – “Ridinq” - 1:0
Runi, 21

17 mart
“Sanderlend” – “Norviç” - 1:1
Qardner, 40-pen – Hulahan, 26

“Tottenhem” – “Fulhem” - 0:1
Berbatov, 52

“Çelsi” – “Vest Hem” - 2:0
Lempard, 19, Azard, 50

“Uiqan” – “Nyukasl” - 2:1
Biuseyour, 18, Kone, 90 – Santon, 72