“Qalatasaray” və “Fənərbaxça” qazandı, “Sivasspor” uduzdu
18.03.2013 - 00:36
“Qalatasaray” və “Fənərbaxça” qazandı, “Sivasspor” uduzdu
Türkiyə Superliqasında 26-cı turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə dörd qarşılaşma baş tutub.

Lider “Qalatasaray” səfərdə “Kayserispor”un qonağı olub. Ötən tur evində “Gənclərbirliyi”nə minimal hesabla məğlub olan “Cim-Bom” bunun əvəzini 3 qolla çıxmağı bacarıb.

“Qalatasaray”ın yaxın izləyicisi “Fənərbaxça”da turu qələbə ilə başa vurub. Ötən gün turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Beşiktaş”ın uduzub xal itirməsindən “sarı bülbüllər” maksimum istifadə edib - 1:2.

Millimizin futbolçusu Cihan Özkaranın komandası “Sivasspor” isə məyus olub. Səfərdə “Akhisar BS” ilə üz-üzə gələn baş məşqçi Rza Çalımbayın yetirmələri meydan sahiblərinə 2:1 hesabı ilə uduzub.


Türkiyə Superliqası
26-cı tur
15 mart
“Əskişəhərspor” – “Elazığspor” - 2:2
Kamara, 13, Necati, 90-pen – Yedək, 42, Gürlər, 74

“Bursaspor” – “Trabzonspor” - 3:2
Batalla, 2; 35, Özbayrakl, 42 – Henrique, 11, Altintop, 22

16 mart
“İstanbul BB” – “Mersin İdmanyurdu” - 4:2
Zenke, 8, Vellinqton, 12, Tekdemir, 64, Holmen, 76 - Nobre, 80; 88

“Gənclərbirliyi” – “Karabükspor” - 2:1
Petroviç, 9, Fleminks, 89 - Şelton, 40

“Beşiktaş” – “Kasımpaşa” - 1:3
Şahan, 13 - Viudez, 8, Djamala, 33, H.Çolak, 78

17 mart
“Akhisar BS” – “Sivasspor” – 2:1
Özər, 79, Gekas, 89 – Arslan, 17

“Orduspor” – “Qaziantepspor” – 2:3
Stanku, 28-pen, Turan, 73 – Medunyanin, 14, Sernas, 71; 75

“Kayserispor” - “Qalatasaray” – 1:3
Bisesvar, 90 – Sneyder, 3, Burak, 23; 38

“Antalyaspor” – “Fənərbaxça” – 1:2
Tita, 32 – Salih, 11, Sou, 42