Balotelli “Milan”nın, Totti “Roma”nın üzünü güldürdü
18.03.2013 - 02:03
Balotelli “Milan”nın, Totti “Roma”nın üzünü güldürdü
İtaliya A seriyasında 29-cu turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, son matç günündə yeddi qarşılaşma baş tutub.

“Milan” “San-Siro” stadionunda “Palermo”nu sınağa çəkib. Ev sahibləri Mario Balotellinin dublu sayəsində qələbəyə seviniblər.

“Parma”nı qəbul edən “Roma”da qələbəni bayram edib – 2:0. “Fiorentina” - “Cenoa”, “Napoli” – “Atalanta” matçında isə azarkeşlər 5 qola şahidlik edib. Hər iki oyunda sevinən tərəf meydan sahibləri olub.


İtaliya A seriyası
29-cu tur
16 mart
“Katanya” – “Udineze” – 3:1
Qomes, 49; 67, Lodi, 71 – Muriel, 81

“Bolonya” – “Yuventus” – 0:2
Vuçiniç, 61, Markizio, 73

17 mart
“Syena” – “Kalyari” – 0:0

“Milan” – “Palermo” – 2:0
Balotelli, 8-pen; 66

“Fiorentina” – “Cenoa” – 3:2
Akvilani, 33, Kuadrado, 62, Kassani, 77-avtoqol – Portanova, 58, Antonelli, 69

“Napoli” – “Atalanta” – 3:2
Kavani, 4-pen; 65, Pandev, 82 – Cannavaro, 31-avtoqol, Denis, 73

“Peskara” – “Kyevo” – 0:2
Stoian, 88, Sereau, 90

“Roma” – “Parma” – 2:0
Lamela, 7, Totti, 70

“Sampdoriya” – “İnter” (təxir)

“Torino” – “Latsio” – 1:0
Conathas, 32