Messi şəxsi rekordunu yenilədi
18.03.2013 - 04:05
Messi şəxsi rekordunu yenilədi
“Barselona”nın hücumçusu Lionel Messi şəxsi rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu İspaniya La Liqasının 28-ci turu çərçivəsində “Rayo Valekano” (3:1) ilə qarşılaşmada dubl edərək ölkə çempionatında ardıcıl 18-ci oyunda fərqlənməyi bacarıb.

Cənubi amerikalı qol seriyasına noyabr ayının 11-də “Malyorka” ilə matçda başlayıb. Bu mövsüm isə o, qollarının sayını 42-yə çıxarıb.

Qeyd edək ki, İspaniya çempionadında Lioneldən öncə bu rekord Braziliyanın veteran futbolçusu Ronaldoya aiddir. “Real”ın sabiq hücumçusu ardıcıl 10 qola imza atıb.

Düyada isə bu rekord Polşanın “Rux” klubunun futbolçusu Teodor Pyuterekuya aiddir. O, 1937 – 1938 mövsümündə 16 oyunda ard-arda rəqib qapıçılarını məyus edib.

Messinin qol seriyası:

11.11.2012. “Malyorka” – “Barselona” - 2:4 (Messi 2 qol)
17.11.2012. “Barselona” – “Saraqosa” - 3:1 (2)
26.11.2012. “Levante” - “Barselona” - 0:4 (2)
01.12.2012. “Barselona” – “Atletika” - 5:1 (2)
10.12.2012. “Betis” – “Barselona” - 1:2 (2)
17.12.2012. “Barselona” – “Atletiko” - 4:1 (2)
22.12.2012. “Valyadolid” – “Barselona” - 1:3 (1)
06.01.2013. “Barselona” – “Espanol” - 4:0 (1)
14.01.2013. “Malaqa” – “Barselona” - 1:3 (1)
19.01.2013. “Real Sosyedad” – “Barselona” - 3:2 (1)
27.01.2013. “Barselona” – “Osasuna” - 5:1 (4)
03.02.2013. “Valensiya” – “Barselona” - 1:1 (1)
10.02.2013. “Barselona” – “Hetafe” - 6:1 (1)
16.02.2013. “Qranada” – “Barselona” - 1:2 (2)
24.02.2013. “Barselona” – “Sevilya” - 2:1 (1)
02.03.2013. “Real” – “Barselona” - 2:1 (1)
09.03.2013. “Barselona” – “Deportivo” - 2:0 (1)
17.03.2013. “Barselona” - “Rayo Valekano” – 3:1 (2)