Sneyder Mourinyoya mesaj göndərdi
18.03.2013 - 06:15
Türkiyə Superliqasının 26-cı turu çərçivəsində keçirilən “Kayserispor”la “Qalatasaray” arasındakı matçdan əvvəl “Cim-Bom”un futbolçusu Uesli Sneyderlə “Real”ın baş məşqçisi Joze Mourinyo arasında maraqlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhəsində İstanbul klubu ilə qarşılaşacaq olan Madrid təmsilçisinin portuqaliyalı çalışdırıcısı özü üçün ayrılan xüsusi lojada oyunu izləyərkən görüşün start fitindən öncə Hollandiya milli komandasının üzvünün “aşağıya gəl” istəyinə o, iki əlini yelləyərək cavab verib.
Matçdan sonra isə Sneyder bunla bağlı fikirlərini bildirib. Uesli 3-cü dəqiqədə “Kayserispor”un qapısından keçirdiyi qolu, bunun Mourinyoya mesaj olduğunu ifadə edib.
Qeyd edək ki, “Kayserispor” - “Qalatasaray” qarşılaşması istanbulluların 1:3 hesablı qələbəsi ilə başa çatıb.

0
0