“Hakim satqın... sən keçisən!” - FOTO - VİDEO
18.03.2013 - 07:10
“Hakim satqın... sən keçisən!” - FOTO - VİDEO
Rusiya Premyer Liqasının 21-ci turunda “Terek” – “Rubin” (0:0) qarşılaşmasında oyunun baş hakimi təhqir edilib. Apasport.az saytının məlumatına görə, buna matçın 87-ci dəqiqsəində Gökdəniz Qaradənizə qarşı kobudluq edən Rizvan Usiyevin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Bu zaman “Əhməd Arena”ya toplaşan Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla bütün tamaşaçılar hirslənib. Əsl qalmaqal isə hakim Mixail Vilkovun qırmızı vərəqəni çıxardığı anda baş verib. Belə ki, “Terek”in ev sahibliyi etdiyi matçlarda səs nizamından məsul olan şəxs referinin bu qərarına hirsini anons mikrofonundan “Hakim satqın... sən keçisən!” ifadəsi ilə çıxıb.

Qeyd edək ki, Kazan təmsilçisinin heyətində Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun debüt etməsi gözlənilsə də, bu reallaşmayıb. Yığmamızın müdafiəçisi “18-liy”ə daxil edilməmişdi.