FİFA AZAL-ın futbolçusundan yazdı
18.03.2013 - 09:11
AZAL-ın braziliyalı futbolçusu Junior Nildo diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz”lə qarşılaşmasında 2 qola imza atan cənubi amerikalının dublundan bütün dünya xəbərdar olub.
Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdəki qollar Nildonu məşhur həmyerliləri ilə bir siyahıya adxil edib. Belə ki, FİFA-nın rəsmi saytı son həftə ərzində Avropanın yaxşı meydanlarında qol sevinci yaşayan braziliyalılar haqda xüsusi yazı hazırlayıb. Filip Koutinyo (“Liverpul”, İngiltərə), Dieqo Kosta (“Atletiko”, İspaniya) kimi tanınmışlarla yanaşı Nildonun fərqlənməsi də yazıda öz əksini tapıb. Azərbaycanda onlarla braziliyalı qol sevinci yaşasa da, bu göstəricilər beynəlxalq səviyyədə o qədər də əksini tapmırdı. Bu da onların çoxunun ölkəmizdən kənarda tanınmaması ilə bağlıdır.

0
0