“Mənə “Xəzər Lənkəran”dan təklif gəlməyib“ - MÜSAHİBƏ
18.03.2013 - 12:19
Azərbaycan milli komandasının və “Sivasspor”un hücumçusu Cihan Özkaranın apasport.az saytına müsahibəsi
- Millinin hazırlıqları ilə bağlı nə deyə bilərsiz?
- İlk öncə onu deyim ki, qarşıda 2 vacib oyunumuz var. Səfərdə Lüksemburqla, evdə isə Portuqaliya ilə qarşılaşacağıq. Lüksemburqu mütləq yenməliyik. Ordan 3 xalla qayıtmaq istəyirik. Daha sonra bizi Portuqaliya ilə çətin oyun gözləyir. Həmin matçda da əlimizdən gələni edib son dəqiqələrə kimi mübarizə aparacağıq. İnşallah, azarkeşlərimiz, millətimiz önündə ən yaxşı şəkildə meydanı tərk edəcəyik.
- “Sivasspor”da işləriniz necə gedir?
- İcarəm bitib “Sivasspor”a qayıdandan sonra yaxşı başlamışdım. Əvvəldən orda özümü yaxşı hiss etdim. “Kasımpaşa” və “Beşiktaş”la oyunlarda heyətə düşdüm. Daha sonra bəxtsizliklə üzləşdim və zədələndim. Bir həftədir ki, sağalmışam. Bundan sonra orda yenə oynamağa başlayacam.
- Amma son vaxtlar orda oynamırsız...
- Hazırda “Sivasspor”a yeni qayıtmışam. Heç bir ilim tamam olmayıb. “Ərciyəsspor”a icarəyə getmişdim. Ancaq təəssüf ki, orda istədiyim kimi özümü göstərə bilmədim. “Sivasspor”a isə yenicə dönmüşəm. Yeni döndüyüm üçün yeni formaya düşürəm. Baş məşqçi Rıza Çalımbay da oynamamağımla bağlı heç bir problemin olmadığını düşünür. Yenicə forma düşürəm. İnşallah, qarşıdakı matçlarda heyətə düşməyə çalışacam.
- Ölkəmizdən sizə qış fasiləsində təkliflər oldumu?
- Bunlar haqda danışmaq istəmirəm.
- Yayda sizi “Xəzər Lənkəran”ın istədiyi deyilirdi. Heç olmasa, buna aydınlıq gətirərdiz...
- Yox belə bir şey olmayıb. Mənə “Xəzər Lənkəran”dan hər hansı bir təklif gəlməyib. Nəinki “Xəzər Lənkəran”, başqa yerli klublardan da dəvət olunmayıb.
Səbuhi TOFİQOĞLU

0
0