Ruslan Abışov: Portuqaliya ilə matçda sürpriz edəcəyik – MÜSAHİBƏ
18.03.2013 - 13:22
Azərbaycan milli komandasının və “Rubin”in futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Millinin ilk hazırlığında iştirak edirsiz. Düşüncələriniz necədir?
- Bu gün millidə ilk məşqimi keçirirəm. Sevinirəm ki, artıq yığma komandanın düşərgəsindəyəm və qarşıdakı oyunlara köklənmişik. Allahın köməkliyi ilə Lüksemburqla oyunda yaxşı nəticə qazanıb Portuqaliya ilə matça yaxşı hazırlaşacağıq.
- “Rubin”dəki durumunzudan da söz açardınız...
- Şükür Allaha, orda hər şey yaxşıdır...
- Hər tur adınızı “18-lik”də axtarırırıq, ancaq tapa bilmirik...
- Bura əşyalarımı götürmək üçün gələndə verdiyim müsahibədə də demişdim ki, mən əsas “Lokomotiv”lə oyuna hazırlaşıram. Çünki mənim vəziyyətim o qədər də yaxşı deyildi. Zədədən sonra 2 dəfə ardıcıl əməliyyat olunmuşdum. Ona görə də bir az çətinliklər vardı. Məşqçilər bununla əlaqədar tez-tez mənlə ünsiyyət qurur, vəziyyətimi soruşurlar. İnşallah, növbəti turda - “Lokomotiv”lə matçda mən tam şəkildə hazır olacam.
- Sizə “Rubin”də rəqabət aparmaq çətin olmayacaq ki?
- Yox, mən heç kimdən çəkinmirəm. Əksinə özümə inanıram və güvənirəm. Sadəcə olaraq onu deyə bilərəm ki, belə işlərdə bir qədər səbirli olmaq lazımdır. Mənim “Rubin”lə 2,5 illik müqaviləm var. Sizdən də çox xahiş edirəm ki, belə şeyləri yazanda bir qədər diqqətli olasız. Çünki mətbuatda yazılanlar istər-istəməz futbolçunun psixologiyasına təsir edir.
- Millinin qarşıdakı oyunlarından nə gözləyək?
- Lüksemburqla qarşılaşmada əsas vəzifəmiz qələbə qazanmaq olacaq. İnanın ki, bu heyət səfərdə rəqibinə qalib gəlməyə qadirdir. Portuqaliya ilə isə evdə oynayacağıq. Hamı bilir ki, biz evdə daha aqressiv, daha istəkli çıxış edirik. Azarkeşlərimiz qarşısında çoxdandır ki, oynamırıq. İnanıram ki, Portuqaliya ilə matçda sürpriz edə biləcəyik. Millidən bunu gözləməyə dəyər.
Səbuhi TOFİQOĞLU

0
0